Vaxt.Az

İrana görə Çin şirkətlərinə sanksiya


 

SEPAH-ın ballistik raket proqramını dəstəkləyənlər qara siyahıda

İrana görə Çin şirkətlərinə sanksiya ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada İrana qarşı maksimum təzyiq siyasətinin davam etdiyi vurğulanıb.

Açıqlamada Çin və Honq-Konqda yerləşən bəzi şəxs və şirkətlərin İranın ballistik raket proqramını dəstəklədikləri səbəbiylə sanksiya siyahısına salındığı bildirilib.

Bu kontekstdə qeyd edilib ki, sözügedən şirkət və şəxslər İranın ballistik raket proqramında istifadə etmək üçün karbon lifi istehsalının lokallaşdırılması səylərini dəstəkləyib, həmçinin İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) karbon lifi və karbon lifi istehsalı üçün avadanlıq verib.

 





15.05.2025    çap et  çap et