ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turu çərçivəsində səfər etdiyi Qətərə getməzdən əvvəl paytaxt Dohada danışıb.
Onun İstanbulda Ukrayna-Rusiya danışıqlarında iştirakı ilə bağlı fərziyyələr davam edərkən, Tramp İstanbula gələ biləcəyinə bir daha işarə verib.
ABŞ prezidenti, “Dedim ki, getməsəm, Putin gəlməyəcək, haqlı da çıxdım. Lazım olsa, cümə günü İstanbula gedə bilərəm”, – deyib.
***
Dünən Suriya lideri Əhməd Şaraa ilə görüşündə çıxış edən Tramp, “Ölkənin yeni lideri ilə görüşdüm, onun güclü keçmişi var və onu çox bəyəndim, onun böyük bir təmsilçi olacağını düşünürəm”, – deyib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Suriyaya qarşı sanksiyaların qaldırılmasında israrlı olduğunu vurğulayan Tramp, “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da mənə zəng edərək “Bunun bir yolu varmı?”, deyə soruşdu. Biz bunu etməsəydik, mənim imkanım olmayacaqdı”, – deyib.
***
ABŞ lideri bildirib ki, Suriyaya tətbiq edilən sanksiyalar uzun illərdir qüvvədə olduğundan onun heç xəbəri belə olmyıb: “Bildiyiniz kimi, ölkənin rəhbərliyində böyük dəyişiklik oldu. Mən də düşündüm ki, onlara şans verməliyik”.
Tramp sanksiyaların çox sərt olduğunu etiraf edərək, “Onların bu sanksiyalarla heç bir şansı yox idi. Bunlar yüksək səviyyəli sanksiyalar idi. Heç kim onları idarə edə bilməzdi. Suriyaya zəng etmək belə mümkün deyildi”, – dedi.