***
Ştaynmayer “King David” hotelində olarkən qəfildən həyəcan siqnalı səslərini eşidilib. Sirenlər şəhərin hər yerindən eşidilməyə başlanılıb. Səsucaldanlar vasitəsilə Bütün hotel qonaqlarından dərhal sığınacaqlara getmələri istənilib. Ştaynmayer və onun nümayəndə heyəti dərhal bu tələbi icra ediblər.
Təxminən iyirmi dəqiqədən sonra Ştaynmayer və onu müşayiət edənlər öz otaqlarına qayıdıblar. İsrail rəsmiləri daha sonra bildiriblər ki, ordu Yəməndən husi üsyançıları tərəfindən atılan raketi vurub.