Vaxt.Az

Evlilikləri bitib?


 

Donald və Melaniya Tramp haqqında şok iddia

Evlilikləri bitib? Xalq arasında nadir hallarda görünən və Ağ Evdə qalmadığı məlum olan birinci xanım Melaniyanın ABŞ prezidenti Donald Trampla evliliyi ilə bağlı sensasion iddia ortaya atılıb.

Bioqraf Maykl Volfun İddiasına görə, ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp faktiki olaraq ayrılıblar və ayrı həyat sürürlər. Volf əvvəllər Tramp haqqında yazığı kitabları ilə məşhurdur.

“Cütlük bizim bilzidiyimiz kimi evlilik həyatı yaşamır. Əslində, çox aydın şəkildə deyə bilərəm ki, onlar ayrı həyat yaşayırlar. ABŞ prezidenti və birinci xanım ayrılıblar”, – Volf “The Daily Beast” podkastında deyib.

Bildirilir ki, Melaniya Tramp ərinin yanvarın 20-də andiçmə mərasimindən sonra Ağ Evdə iki həftədən az vaxt keçirib. Melaniya Tramp son aylarda çox az ictimai çıxış edib, prezident Trampla yanaşı yalnız bir neçə tədbirdə iştirak edib.

Bunlara Papa Fransisin dəfn mərasimi və Ağ Evdə keçirilən ənənəvi Pasxa tədbiri daxildir.

***

Ağ Evin kommunikasiya direktoru Stiven Çunq iddiaya sərt reaksiya verib. O, Volfun şərhlərinə sərt tənqid edib və müəllifi “reallıqla əlaqəsi olmayan bədbəxt” adlandırıb.

Boqrafa daha bir cavab 1995-ci ildə Milanda keçmiş model Melaniya Trampı kəşf edən və onu Trampla tanış edən keçmiş model agentliyinin sahibi Paolo Zampollidən gəlib. “Melaniya Ağ Evi sevir və birinci xanım olmaqdan qürur duyur”, – Zampolli deyib.

 





15.05.2025    çap et  çap et