Vaxt.Az

“Mənim burda olmağım açıq mesajdır”


 

Zelenskinin açıqlamasına Zaxarova zəhərini tökdü: “Fırıldaq sözünü kim deyir?”

“Mənim burda olmağım açıq mesajdır” Hava limanında mərasimlə qarşılanan Zelenski Bakı vaxtı ilə saat 13.15 radələrində mətbuat mənsublarına qısa açıqlama verib. Zelenski Ukraynanın Rusiya ilə danışıqlarla bağlı ABŞ nümayəndə heyətləri ilə əlaqə saxladığını bildirib. Zelenski əlavə edib ki, Rusiyanın danışıqlardan nə istədiyi aydın deyil.

“Danışıqların yüksək səviyyəli hissəsinə gəlincə, danışıqlara prezident Ərdoğanla görüşərək başlayacağıq. Atacağımız addımlara Ərdoğanla görüşdən sonra qərar verəcəyik”, – deyib.

Ukrayna prezidenti deyib ki, “Rusiyadan danışıqlarda kimin iştirak edəcəyi ilə bağlı rəsmi məlumat yoxdur, amma görünür, bu, sadəcə olaraq şou xarakteri daşıyır”.

Zelenski hava limanından Türkiyə prezidentliyinə yola düşməzdən əvvəl “Putinə mesajınız nə olardı?” sualına “Mən buradayam. Düşünürəm ki, bu, aydın mesajdır”, – cavabını verib.

Ukraynanın danışıqlara yüksək səviyyəli nümayəndə heyəti ilə gəldiyini, heyətdə xarici işlər naziri, prezident rəsmiləri, hərbçi və kəşfiyyatçıların da olduğunu bildirən Zelenski, “Rusiya heyətinin səviyyəsi fırıldaqçılıqdır. Bundan sonrakı addımlara Ərdoğanla görüşdən sonra qərar verəcəyik. Rusiya təmsilçisinin səlahiyyətinin nə olduğunu anlamaq lazımdır”, – dedi.

Ərdoğan və Zelenskinin Türkiyə vaxtı ilə saat 14:00-da görüşəcəyi gözlənilir.

***

AFP xəbər agentliyinin məlumatına görə, Rusiya Türkiyədə keçirilməsi gözlənilən danışıqlardan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskini “təlxək” və “məğlub” adlandırıb.

Zelenskinin Rusiya nümayəndə heyətini “fırıldaqçı” adlandırmasından sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: “Fırıldaq sözünü kim deyir? Soyğunçu? Məğlub? Heç bir təhsili olmayan biri...”

 





15.05.2025    çap et  çap et