Vaxt.Az

Zelenski-Ərdoğan görüşü başlayıb


 

Zaxarova: “Ukraynanın nəyə və nə dərəcədə hazır olması İstanbulda bilinəcək”

Zelenski-Ərdoğan görüşü başlayıb Prezident Ərdoğanın Ukrayna Prezidenti Zelenski ilə Prezident Kompleksində görüşü başlayıb. Ərdoğanla görüşündən asılı olaraq Zelenski İstanbula Rusiya nümayəndə heyəti ilə görüşəcəyinə qərar verəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Ankaradakı Prezident Kompleksində görüşü başlayıb. İkili Rusiya və Ukraynada müharibəyə son qoymaq üçün İstanbul danışıqlarının nəticələrini müzakirə edəcək.

Zelenski Rusiya prezidenti Vladimir Putinin təklifini qəbul edib və atəşkəs danışıqları üçün bu gün İstanbula gəlib. Lakin danışıqlardan iki gün əvvəl Zelenski “yalnız Putinlə danışacağını”, – demişdi.

Ukrayna prezidenti İstanbula qalıb-qalmayacağına Ərdoğanla görüşündən sonra Rusiya və ABŞ-ın İstanbulda iştirakından asılı olaraq qərar verəcək.

***

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün bildirib ki, Rusiyanın Ukrayna ilə mümkün sülh razılaşması ilə bağlı mövqeyi cəbhə xəttindəki irəliləyişlərə uyğun olaraq dəyişir.

İstanbulda mümkün danışıqları dəyərləndirən Zaxarova, “Ukrayna tərəfi nəyə və nə dərəcədə hazırdır? Düşünürəm ki, bu gün İstanbulda üzə çıxacaq”.

Lakin ABŞ prezidenti Donald Trampın “İstanbul danışıqlarında onun da iştirak edə biləcəyini” açıqlamasından sonra Putindən heç bir cavab gəlməyib. Putinin bu gün və ya sabah danışıqlarda iştirakı gözlənilmir.

 





15.05.2025    çap et  çap et