Vaxt.Az

Putin təklif etdiyi görüşə gəlmir


 

İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları mətbuata qapalı olacaq

Putin təklif etdiyi görüşə gəlmir Rusiyanın TASS xəbər agentliyinin məlumatlı mənbəyə istinadən verdiyi xəbərə görə, İstanbulda bu gün günortadan sonra başlayacaq Rusiya-Ukrayna danışıqları Türkiyənin tələbi ilə bağlı qapılar arxasında keçiriləcək.

Agentliyə danışan mənbə bildirib ki, danışıqlar İstanbuldakı Dolmabaxça sarayında olacaq.

Bu gün mətbuat orqanları Rusiya nümayəndə heyətinin Ukrayna ilə danışıqlarda iştirak etmək üçün İstanbula gəldiyini açıqlayıb.

Kreml Rusiya prezidenti Vladimir Putinin danışıqlarda iştirak etməyəcəyini bildirib. Putin özü birbaşa danışıqları təklif etmişdi, lakin Kreml dünən axşam saatlarında Rusiya prezidentinin Rusiya nümayəndə heyətinə rəhbərlik etmək üçün müşaviri Vladimir Medinskini Türkiyəyə göndərəcəyini açıqladı.

Ukrayna prezidenti Vladimir Zelenski Putinlə görüşmək üçün şəxsən Türkiyəyə səfər etmək niyyətini bir daha bəyan edib və Ukrayna ilə münaqişədə qərar verən şəxs Putin olduğu üçün başqa heç bir şəxslə danışıqlar aparmayacağını vurğulayıb.

Körfəz ölkələrinə səfərə çıxan olan ABŞ prezidenti Donald Tramp Putinin qatılacağı təqdirdə danışıqlara iştirak edəcəyinə eyham vurmuşdu. Lakin Kremlin Putinin iştirak etməyəcəyini açıqlamasından sonra CNN Ağ Ev rəsmilərinin Trampın da Türkiyəyə getməyəcəyini bildirib. Digər tərəfdən Tramp ABŞ dövlət katibi Marko Rubionun Türkiyədə olacağını təsdiqləyib.

İstanbulda keçirilən danışıqlar iki ölkə arasında 2022-ci ilin yazından bəri ilk danışıqlardır, lakin Putinin iştirak etmədiyi bu görüşün təşkili hələ də bəlli deyil.

Ukrayna danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlamaqdan imtina edib.

Putin olmadıqda, Zelenskinin danışıqlarda iştirakı təmin olunmaya bilər. Ukrayna prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaradadır.

***

Kremlin məlumatına görə, Rusiya nümayəndə heyətinə prezidentin müşaviri Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Medinski 2022-ci ilin yazında iki tərəf arasında bir nəticə əldə edə bilməyən danışıqların birinci raundunda iştirak etmişdi.

Rusiya prezidentinin diplomatik müşaviri Yuri Uşakov dünən deyib ki, görüşün siyasi və texniki məsələləri əhatə edəcəyi gözlənilir.

İstanbulda keçiriləcək danışıqlar 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən bir neçə ay sonra danışıqların iflasa uğramasından sonra ukraynalılar və ruslar arasında münaqişəyə son qoymaq məqsədi daşıyan ilk birbaşa sülh danışıqları olacaq.

Hər iki tərəf razılaşdırılması çətin olan tələblər irəli sürməyə davam edir.

Rusiya Ukraynadan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmamağı və ilhaq etdiyi Ukrayna ərazilərini saxlamağı tələb etməyə davam etsə də, müttəfiqləri tərəfindən dəstəklənən Kiyev bu şərtləri qəbuledilməz hesab edir.

Bunun müqabilində Ukrayna Rusiyanın yeni hücumunun qarşısını almaq və ölkənin təxminən 20 faizinə nəzarət edən Rusiya ordusunun öz ərazisindən tamamilə çıxarılması üçün Qərbdən möhkəm “təhlükəsizlik zəmanəti” istəyir.

NATO-nun baş katibi bu danışıqlarda irəliləyişlə bağlı ehtiyatlı nikbinliyini ifadə edərək deyib ki, ruslar Ukrayna ilə növbəti addımları atmalıdırlar.

 





15.05.2025    çap et  çap et