Vaxt.Az

““F-35” köhnəlib, “F-55” ...”


 

Tramp yeni nəsil qırıcıların anonsunu verdi

““F-35” köhnəlib, “F-55”  ...” ABŞ prezidenti Tramp Dohadakı hərbi bazaya səfəri zamanı “F-35”lərin artıq kifayət etmədiyini deyib və yeni nəsil iki mühərrikli “F-55” döyüş təyyarəsinin istehsal ediləcəyini açıqlayıb. “F-35”lər bu sistemlə yenilənəcək, “F-22”lər isə “Super” versiya ilə modernləşdiriləcək.

ABŞ prezidenti Donald Tramp “F-35”lərin köhnəldiyini bildirdikdən sonra Dohadakı ABŞ hərbi bazasında yeni “F-55” təyyarələri istehsal edəcəklərini açıqlayıb. O, “F-35”lərin “F-55” sistemi ilə modernləşdiriləcəyini bildirib.

O, həmçinin “Lockheed Martin” tərəfindən istehsal edilən “F-22 Raptor” döyüş təyyarəsinin modernləşdirilmiş versiyası olan “F-22 Super” layihəsinin qiymətləndirildiyini açıqlayıb.

Tramp “Boeing” və “GE Aerospace” Doha-da görüşü zamanı deyib: “Biz “F-55”i düzəldəcəyik və əgər düzgün qiyməti alsaq, ikimühərrikli təyyarə hazırlayacağıq. Bu, “F-35”in əla təkmilləşdirilməsi olacaq. Və sonra biz “F-22”ni modernləşdirəcəyik".

***

“F-22” təyyarəsi ilə bağlı açıqlama verən Tramp, "Dünyanın ən gözəl döyüş təyyarəsinin “F-22” olduğunu düşünürəm, amma onları modernləşdirib “F-22 Super”i edəcəyik və bu, “F-22”nin çox müasir versiyası olacaq" dedi.

Trampın şərhləri “F-22”ni əvəz edəcəyi gözlənilən “F-47” üçün müqavilənin “Boeing”ə verilməsindən sonra gəlib.

“F-47” pilotsuz uçuş aparatları ilə birgə fəaliyyət göstərən yeni nəsil ekipajlı döyüş platforması kimi hazırlanıb. “Biz bu layihə ilə sürətlə irəliləyəcəyik”, – Tramp deyib.

 





15.05.2025    çap et  çap et