Vaxt.Az

AB Trampı izləyir


 

Kaja Kallas da sanksiyaları qaldıracaq

AB Trampı izləyir Avropa Birliyinin (AB) Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallas Suriyaya qarşı sanksiyaların daha da yumşaldılmasını təklif edib.

Kallasın bu addımı ABŞ prezidenti Donald Trampın çərşənbə axşamı Suriyaya qarşı sanksiyaların ləğvi barədə göstəriş verəcəyini elan etməsindən dərhal sonra baş verib.

Avropa Birliyinin xarici işlər nazirlərinin gələn həftə Brüsseldə keçiriləcək görüşdə Dəməşqlə münasibətləri müzakirə edəcəyi gözlənilir.

***

AB artıq enerji, nəqliyyat və yenidənqurma ilə bağlı bəzi sanksiyaları və əlaqədar maliyyə əməliyyatlarını yumşaldıb. Kallasın təklifi qəbul olunarsa, sanksiyalar daha geniş müstəvidə götürüləcək.

Fransa prezidenti Emmanuel Makron bu ay Suriya prezidenti Əhməd əl-Şaraa ev sahibliyi etdikdən sonra deyib ki, Paris sanksiyaların yenilənməsi ilə məhdudiyyətlərin tamamilə aradan qaldırılması üçün AB ilə hərəkətə keçəcək.

2013-cü ildən bəri tətbiq edilən sanksiyaların əksəriyyəti hər il iyunun 1-də yenilənir. Dünya Bankının məlumatına görə, yenidənqurma xərcləri 250 milyard dolları keçən Suriya Avropa ölkələrinə Qərbin sanksiyalarını yumşaltmaq üçün təzyiq edir.

 





15.05.2025    çap et  çap et