İsrailin Antiinhisar İdarəsi 2021-ci ildən “Tamar” qaz yatağının işlənməsi layihəsinin 10 faizinin sahibi olan israilli milyarder Aaron Qober Frenkelə məxsus payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satılmasına razılıq verib.Bu barədə İsrailin “Calcalist” nəşri məlumat verib.
Qeyd olunur ki, sövdələşmənin başa çatması üçün hələ İsrail Energetika Nazirliyinin Neft Şurasının təsdiqi lazımdır.
İsrail Antiinhisar Qurumunun internet saytında birləşmə və sövdələşmələr haqqında məlumatın sonuncu dəfə yeniləndiyi mayın 5-nə olan məlumata görə, “Tamar” layihəsi üzrə SOCAR ilə müqavilənin materialları hələ də nəzərdən keçirilir.
2025-ci il yanvarın 31-də SOCAR Aralıq dənizinin ən böyük dəniz qaz yataqlarından biri olan, Hayfa sahillərindən 90 km aralıda yerləşən “Tamar” layihəsində 10 faizlik payın alınması üçün “Union Energy” (Aaron Frenkel tərəfindən idarə olunur) ilə müqavilə imzalayıb. (Oxu.az)
çap et