Vaxt.Az

“Güc açardır”


 

Merzin: “Avropanın ən güclü ordusu olacaq”

“Güc açardır” Almaniya Avropanın ən güclü ordusuna çevrilmək məqsədi ilə müdafiə xərclərini artırır. Baş nazir Merz beynəlxalq məsuliyyətlərə diqqət çəkdi. Almaniya kansleri Fredrix Merz denən Bundestaqdakı çıxışında ölkənin müdafiə siyasəti ilə bağlı tarixi açıqlama verib. Merz, “Federal Hökumət Bundesverin Avropanın ən güclü ordusuna çevrilməsi üçün lazım olan bütün maliyyə resurslarını təmin edəcək”, – deyib.

***

Uzun illər kifayət qədər maliyyələşdirilməyən, təchizat baxımından çatışmazlıqları olan və hələ də ciddi kadr problemləri olan Almaniya ordusunun Fransa, Böyük Britaniya və Polşadan daha güclü edilməsi nəzərdə tutulur. Bu məqsəd Almaniya üçün çox iddialı bir vəzifədir.

***

Merz bu strateji hədəfin arxasında dayanan səbəbi izah edərkən, “Almaniya Avropanın ən böyük əhalisi və ən güclü iqtisadiyyatı olan ölkə kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. NATO və AB daxilindəki beynəlxalq tərəfdaşlar da belə bir mövqe tələb edir”, – deyib.

***

Baş nazir Merz bildirib ki, onilliklər ərzində qüvvədə olan çəkindirmə prinsipi bu gün də qüvvədədir. Merz Rusiyaya xüsusi diqqət çəkərək, "Yaxın tarixdən bir neçə dərs bu gün də uyğundur. Rusiyanın Ukraynada ədalətli qələbəsi və ya bəzi regionların ilhaqı ilə kifayətlənəcəyinə inananlar çox böyük yanılırlar”, – deyib.

Çıxışının sonunda Merz bu təhlükəsizlik strategiyasının mərkəzində olanlara – əsgərlərə və zabitlərə təşəkkür edib.

 





15.05.2025    çap et  çap et