Paylaşımda tarixdə ilk Amerikalı Papa XIV Leoya aid bəzi fotoşəkillər yer alıb.
Vatikan Papa Fransisin 12 illik papalıq dövründəki yazılarının arxivləşdiriləcəyini açıqlayıb. “X” platformasında (əvvəllər Twitter) yeni hesab üç gün əvvəl hələ aktiv deyildi.
Vatikan “@Pontifex” “İnstagram” hesabını 2012-ci ildə Papa XVI Benediktin dövründə açıb.
Hazırda hesab doqquz dildə: ingilis, ispan, portuqal, italyan, fransız, alman, polyak, ərəb və latın dillərində fəaliyyət göstərir və ümumilikdə 52 milyon izləyicisi var.
Digər tərəfdən, statusları əvvəlki papalar paylaşmırdı. Məzmunu isə Vatikan hazırlayırdı.
XIV Leo 2011-ci ildə açdığı “X”-dəki şəxsi hesabında vaxtaşırı paylaşımlar edirdi. Hesab 2023-cü ilin iyul ayından fəaliyyətsiz idi, lakin bu ilin əvvəlində Trump administrasiyasının immiqrasiya siyasətinin tənqidi fonunda yenidən aktivləşdirildi.