Adada fevral-mart aylarında yaşanan seysmik aktivliyə görə baş verə biləcək zəlzələyə qarşı mülki müdafiə tədbirləri həyata keçirilmişdi.
Yunanıstanın rəsmi mediasında dərc olunan və nazirliklərin ortaq qərarı ilə təyin olunan tədbirlər noyabrın 15-dək qüvvədə olacaq.
***
Həm ada sakinlərini, həm də adaya gələcək turistləri qorumaq məqsədi daşıyan tədbirlər izdihamlı toplantıların qarşısını almaq məqsədi daşıyır.
Bu çərçivədə limanlarda bərələrə nəqliyyat vasitələrinin giriş-çıxışlarının tənzimlənməsi, limanda bəzi ərazilərin fövqəladə hal kimi boş qalması, mümkün zəlzələ zamanı sürüşmə riski olan ərazilərə keçidin qadağan edilməsi nəzərdə tutulur.
***
Santorini və ətraf adalarda fevral və mart aylarında həftələrlə davam edən seysmik aktivlik yaşamışdı, bölgədəki məktəblər müvəqqəti olaraq dayandırılmış və fövqəladə vəziyyət elan edilmişdi.