İstanbulda keçirilməsi planlaşdırılan sülh danışıqları nəticə vermədikdən sonra Ukrayna lideri Vladimir Zelenski Ankaraya gedib. Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyə paytaxtınaa səfər edən Ukrayna prezidenti Vladimir Zelenski daha sonra ölkəsinə geri dönüb.Ukrayna diplomatik mənbələrindən alınan məlumata görə, Zelenski sabah Avropa Siyasi Birliyinin altıncı sammitinin keçiriləcəyi Albaniyanın paytaxtı Tiranaya gedəcək.
Zelenski Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb və Ukraynanın Ankaradakı səfirliyində İstanbul sülh danışıqları ilə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.
Bu gün İstanbulda keçirilməsi planlaşdırılan sülh danışıqları hələlik heç bir nəticə verməyib.
çap et