Vaxt.Az

İbrahim sazişləri genişlənir


 

İsrail və Suriya Türkiyənin iştirakı ilə Azərbaycanda danışıqlar raundu keçirib

İbrahim sazişləri genişlənir İddia olunur ki, İsrail və Suriya rəsmiləri arasında iki raund birbaşa və dolayı danışıqlar baş tutub. Bu raundlardan biri Azərbaycanda keçirilib, burada İsraili İsrail Ordusunun Operativ İdarəsinin rəisi, general-mayor Oded Basyuk təmsil edib. Görüşdə həmçinin Suriya hökumətinin və Türkiyənin nümayəndələri iştirak ediblər.

Mənbələrin bildirdiyinə görə, hazırda İsrail Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Suriya hakimiyyəti ilə danışıqlar aparır. Söhbət Dəməşqin İbrahim Sazişlərinə qoşulması ehtimalından gedir.

Ər-Riyadda keçirilmiş görüş zamanı ABŞ prezidenti Donald Tramp birbaşa olaraq Suriya prezidenti Əhməd aş-Şaraa-ya bu sazişlərə qoşulmağı təklif edib. Daha sonra “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında o bildirib: “Mən (aş-Şaraa)-ya dedim ki, ümid edirəm, sabitlik bərpa olunar-olunmaz siz qoşularsınız. O isə “bəli” cavabını verdi. Amma onları hələ çox iş gözləyir”.

12-ci kanal qeyd edir ki, indi İsrail Suriyanın İranın təsir dairəsindən çıxması və ABŞ-la yaxınlaşması perspektivini nəzərdən keçirir. İsrailli mənbələrin qiymətləndirməsinə görə, bu cür inkişaf İsraillə Türkiyə arasındakı münasibətlərə də müsbət təsir göstərə bilər, çünki Ankara yeni danışıqlarda iştirak edir.

 





16.05.2025    çap et  çap et