“The Kathmandu Post” qəzetinin məlumatına görə, 45 yaşlı Filip Santyaqo 7900 metr hündürlükdə yerləşən Everestin 4-cü düşərgəsinə çatdıqdan sonra həyatını itirib.
Nepal Turizm Nazirliyindən verilən açıqlamada, Santyaqonun ölüm səbəbinin həddindən artıq yorğunluq olaraq təyin edildiyi bildirilib.
Açıqlamada Santyaqonun cansız bədəninin pis hava şəraiti və maddi-texniki çətinliklər səbəbindən düşərgə ərazisində qaldığı qeyd edilib.