Vaxt.Az

İstixana qazlarının tullantıları artır


 

Bu rəqəm AB ölkələri ötən ilin son rübündə 897 milyon olub

İstixana qazlarının tullantıları artır Avropa Statistika İdarəsi (“Eurostat”) bu gün Avropada istixana qazı tullantılarına dair bülletenini dərc edib.

Avropa Birliyi (AB) ölkələri 2024-cü ilin dördüncü rübündə 897 milyon ton karbon qazına ekvivalent istixana qazı buraxıb.

Müvafiq olaraq, istixana qazları tullantıları 2024-cü ilin son rübündə illik bazda yüzdə 2,2 artıb.

Bu dövrdə 21 AB ölkəsinin istixana qazı tullantıları illik əsasda artıb. Ən çox artım qeydə alınan ölkələr 10,8 faizlə Litva, 9,4 faizlə Sloveniya və 8,1 faizlə Yunanıstan olub.

İstixana qazı tullantılarında illik azalma ən çox müşahidə edilən ölkələr Şimali Avropa ölkələri olub. Estoniyada emissiyalar 11,3 faiz, Finlandiyada 6,1 faiz, İsveçdə 2,3 faiz azalıb.

 





16.05.2025    çap et  çap et