Vaxt.Az

Atasına səs verməyənləri sürgün edəcək


 

Uqanda baş qərargah rəisi: “Ürəkdən dəstək olmayanlar diqqətli olsun”

Atasına səs verməyənləri sürgün edəcək Uqanda prezidentinin oğlu, ordunun baş qərargah rəisi Muhuzi Kayneruqaba dünən bəyan edib ki, qarşıdan gələn seçkilərdə atasının əleyhinə səs verən vətəndaşlar deportasiya ediləcək. AFP-nin verdiyi xəbərə görə, Kayneruqaba ordu komandiri kimi qadınlara orduda şalvar geyinməyi də qadağan edib.

Yanvarda ümumi seçkilərin keçirilməsi planlaşdırılan Şərqi Afrika ölkəsi son aylar müxaliflərə qarşı təzyiqlər artıb.

Uqanda Silahlı Qüvvələrinin rəisi Kayneruqaba ölkəni 1980-ci illərdən idarə edən prezident Yoveri Museveninin oğlu və varisidir. Muhuzi Kayneruqaba sosial mediada təxribat xarakterli paylaşımları ilə tanınır.

Kayneruqaba dünən “X” platformasındakı paylaşımında “(MZ) ürəkdən dəstək verməyənlər çox diqqətli olsun!” deyib. “Biz bütün xainləri xalqın gözü qarşısında sürgün edəcəyik”, – deyə o, vurğulayıb.

Kayneruqaba bu ayın əvvəlində bildirib ki, müxalifət liderinin şəxsi mühafizəçisi həbs edilib və işgəncələrə məruz qalıb. Mühafizəçi məhkəməyə gətirilib və üzərində işgəncə izləri görülüb.

Ordu komandiri vəzifəsində bütün qadınların hərbi xidmət zamanı yubka geyinmələrini də əmr edib.

Kayneruqaba yazıb: “Şalvar kişilər üçündür, qadınlar üçün deyil. Kim bizim bacılarımızı yenidən hərbi paradda şalvar geyinməyə məcbur edərsə, onu dəhşətli aqibət gözləyir”.

 





16.05.2025    çap et  çap et