Vaxt.Az

Polşa icazə vermədi


 

Almaniya ölkəyə qanunsuz daxil olan iki əfqanı deportasiya edə bilmədi

Polşa icazə vermədi Polşa səlahiyyətliləri icazə vermədiyi üçün Almaniya-Polşa sərhədində 2 əfqan qaçqını geri qaytarmaq mümkün olmadı. Almaniya Federal Polisi Almaniya-Polşa sərhədində baş verən insidenti təsdiqləyib. Federal polis sözçüsü bildirib ki, insident bazar ertəsi səhər Brandenburqun Quben şəhəri yaxınlığında baş verib.

Polis sözçüsünə görə, “keçmişdə belə hallar tək-tək olurdu. Polşanın səlahiyyətli orqanları bu dəfə repatriasiyaya icazə vermədilər. Çünki onların əlavə aydınlaşdırmaya ehtiyacı var. Əgər bu dərhal həll edilə bilməzsə, qaçqınlar heç yerə köçürülə bilməz”. Aydınlaşdırmanın nəticəsindən asılı olaraq, geri qaytarılma daha sonra həyata keçirilə bilər. Son vaxtlar belə hadisələr daha çox baş verməyə başlayıb.

***

Repatriasiya qaçqınlar Almaniya sərhədini artıq keçdikdə baş verir. Əgər qaçqınların sərhədi keçməsinin qarşısı alınarsa və ya buna cəhd edilərsə, hakimiyyət bunu geri qaytarma adlandırır.

“Der Spiegel” yazır ki, Polşa səlahiyyətliləri buna icazə vermədiyi üçün iki əfqan qaçqını Almaniya-Polşa sərhədində geri qaytarmaq mümkün olmayıb. Həmin şəxslər sonra Brandenburqdakı ilk qəbul mərkəzinə göndərildi.

Keçən həftə vəzifəyə gəldikdən qısa müddət sonra CSU-dan yeni daxili işlər naziri Aleksandr Dobrindt Almaniyanın quru sərhədlərində nəzarətin artırılmasını əmr etdi. Bunun deportasiya olunanların sayını tədricən artıracağı gözlənilir.

 





16.05.2025    çap et  çap et