Vaxt.Az

Husilərin hədəfi “Ben Qurion”dur


 

Hava limana raket atılıb, uçuşlar dayandırılıb

Husilərin hədəfi “Ben Qurion”dur Yəməndə İranın dəstəklədiyi husilər hipersonik ballistik raketlə İsrailin paytaxtı Tel-Əvivdəki “Ben Qurion” hava limanını növbəti dəfə hədəfə aldıqlarını açıqlayıb.

Husi ordusunun sözçüsü Yəhya Seri, “Ben Qurion” hava limanının hipersəs raketi ilə hədəf alındığı “ixtisaslı” bir hərbi əməliyyat həyata keçirdiklərini söylədi.

Seri, raketin hədəfini vurduğunu və hava limanında uçuş trafikinin təxminən bir saat dayandığını bildirib.

Seri, Qəzzaya edilən hücumların dayandırılması və blokadanın qaldırılması üçün bu cür hərbi əməliyyatları genişləndirəcəklərini, Ben Qurion hava limanında hava nəqliyyatı və Qırmızı dəniz və Oman dənizlərində dəniz nəqliyyatını dayandırmaq üçün hücumlarına davam edəcəklərini bildirib.

İsrail ordusu Yəməndən atılan raketin havada vurulduğunu, milyonlarla insanın sığınacaqlara qaçdığını, Ben Qurion hava limanında uçuş hərəkətinin dayandırıldığını bildirib.

Husilər mayın 14-də hipersəs raketi ilə “Ben Qurion” hava limanını hədəf aldıqlarını açıqlayıb.

 





16.05.2025    çap et  çap et