Vaxt.Az

Türkiyəyə uçan təyyarədə panika


 

Lüksemburqda təcili eniş etdi

Türkiyəyə uçan təyyarədə panika Mayın 10-da axşam saat 18:30 radələrində Böyük Britaniyanın Birmingem şəhərindən havaya qalxan və Türkiyəyə uçan “Jet2” aviaşirkətinə məxsus “Boeing 737-8” təyyarəsinin pilot kabinindəki tüstülənmə səbəbindən marşrutunu dəyişərək Lüksemburqun Findel hava limanına məcburi eniş etmək məcburiyyətində qalıb. Xoşbəxtlikdən insident zamanı təyyarədə olan 183 heç biri xəsarət almayıb və bütün sərnişinlər həmin axşam yola davam ediblər.

***

Lüksemburq hava limanının sözçüsü yerli media orqanı “L’essentiel”ə enişin idarə olunduğunu və problemsiz olduğunu təsdiqləyib. Hava limanının işində heç bir aksama yaşanmayıb.

***

Hadisədən sonra aviaşirkət həmin axşam sərnişinlər üçün başqa reys ayırıb. Belə ki, Türkiyəyə səfər edən sərnişinlər bir neçə saatlıq gecikmə ilə Türkiyəyə qayıda biliblər.

***

“SR İnfo” radiosu da 4 may 2025-ci il tarixli yayımında bu hadisəni işıqlandıraraq, pilot kabinindəki tüstünün ciddi təhlükə yarada biləcəyinə, lakin hadisənin uğurla aradan qaldırıldığına diqqət çəkib.

 





16.05.2025    çap et  çap et