Berlin həvəskar futbol liqasının oyunçusu Sven Franke üç gün əvvəl xəstəxanada vəfat etdi. Bu xəbəri “Spandauer SV” öz saytında açıqlayıb. Klubun kişilərdən ibarət 1-ci komandasının kapitanının 40 yaşı var idi.
Bazar günü komandasının regional liqasında “Sperber Neuköll”nə qarşı matçının bitməsinə bir neçə dəqiqə qalmış Franke meydançada yıxılıb. Tezliklə təcili yardım həkimi gəlib. Komaya düşən Franke ürək mərkəzinə aparılıb və reanimasiyaya yerləşdirilib. Orada vəziyyəti stabilləşib.
***
Lakin iki gün sonra klub daha bir şok yaşadı: Frankenin komadan çıxmayacağı açıqlanıb. “Biz bu kədərli açıqlamadan şoka düşdük və dərindən kədərləndik”, – klub bildirib.
Az sonra yenidən “Spandauer SV” çıxış edərək “nümunəvi və təcrübəli idmançı”nı itirməkdən kədərləndiklərini bildiriblər. Mərhumun ailəsinə güc və təsəlli arzulayan klub rəsmiləri vedikləri açıqlamada , “Bütün klub məəttəl qaldı, dəhşətə gəldi və çox kədərləndi. Bizim edə biləcəyimiz heç nə yoxdur. Hər həyat bir hədiyyədir”, – deyilib.
Komandanın gələn həftə sonu oynanmalı olan növbəti liqa matçı ləğv edilib.