Vaxt.Az

Deputatlar Radadan qovuldu


 

Ukraynada kommunist partiyasının fəaliyyəti qadağan oluna bilər

Deputatlar Radadan qovuldu Ukraynalı deputatlar kommunistləri Ali Radanın qapalı iclasından qovub. Azvision.az-ın məlumatına görə, bu barədə ukraynalı deputatlar sosial şəbəkələrdə məlumat yazıblar.

«Mən təklif əsasında Ali Rada kommunist fraksiyasının iclas zalından kənarlaşdırılmasına səs verdi. Tarixi hadisədir. Ümid edirəm ki, çox yaxın biz satqın partiyanın fəaliyyətini qadağan edəcəyik» - deyə, Ukrayna prezidentliyinə namizəd, deputat Oleq Lyaşko «Facebook» sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

«Batkivşina» fraksiyasından olan digər deputat Vladimir Aryev də bu məlumatı təsdiqləyib. O, qeyd edib ki, kommunistlər «separatçı çıxışlarına» görə, iclasdan kənarlaşdırıblar.

 





06.05.2014    çap et  çap et