Vaxt.Az

İsrail Yəməni vurdu


 

“Husilər”ə son günlərin ən ağır zərbəsi

İsrail Yəməni vurdu İsrail döyüş təyyarələri “Husilər” terrorçu dəstələrinin nəzarətində olan Yəmənin qərbindəki Hudeyda və Əs-Səlif limanlarını vurub. İsrailin baş naziri Netanyahu hücumun Ənsarullah rəhbərliyinə “çox ağır zərbə” olduğunu iddia edib. Müdafiə naziri Katzdan da açıq sui-qəsd təhdidi var idi.

***

Yəməndə fəaliyyət göstərən Ənsarullaha bağlı Əl-Məsirə televiziyası İsrail döyüş təyyarələrinin ölkənin qərbindəki Hudeyda və Əs-Salif limanlarına hava hücumu təşkil etdiyini təsdiqləyib. Hücumdan sonra hər hansı insan tələfatı və ya maddi ziyanla bağlı dəqiq məlumat paylaşılmayıb.

İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, baş nazir Binyamin Netanyahu hücumdan sonra verdiyi açıqlamada, onların, o cümlədən Ənsarullah liderinin də çox ağır zərbə aldığını bildirib.

İsrailin müdafiə naziri Yisrael Katz sosial mediada verdiyi açıqlamada hücumların Yəməndəki Ənsarullah limanlarına ciddi ziyan vurduğunu iddia edib. Katz, Səna hava limanının hələ də yararsız vəziyyətdə olduğunu və “Husilərə” qarşı şiddətli hücumların davam edəcəyini bildirib.

 





17.05.2025    çap et  çap et