Vaxt.Az

11 məhbus həbsxanadan qaçdı


 

Bütün ştat üzrə axtarış tədbirlərinə başlanıldı

11 məhbus həbsxanadan qaçdı ABŞ-ın Luiziana ştatının Nyu Orlean şəhərində həbsxanadan 11 məhbus qaçıb. Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, qaçan məhbuslardan yalnız biri yaxalanıb, qalan 10 nəfər üçün isə genişmiqyaslı axtarışlar davam edir.

***

Luiziana ştatının polisi qaçışla bağlı ilk məlumatı “X” sosial media platformasında paylaşıb. Səhər saatlarında aparılan adi sayma zamanı 11 məhbusun həbsxanada olmadığı məlum olub. Qaçan məhbusların 19-42 yaşlarındakı kişilər olduğu bildirilir.

***

Yeni Orlean ştatının polis rəisi Susan Hutson qaçışla bağlı verdiyi açıqlamada, hadisənin necə baş verdiyini ortaya çıxarmaq üçün tam təhqiqatın başladığını bildirib: “Bu hadisəyə səbəb olan hər hansı bir nöqsan və ya səhlənkarlıq dərhal cəzalandırılacaq”.

O, həmçinin bildirib ki, qaçan məhbusların tutulması üçün ştat, yerli və federal hüquq-mühafizə orqanları ilə əlaqələndirilmiş əməliyyat-axtarış tədbirləri aparılır.

Səlahiyyətlilər, qaçışdan sonra ərazidə bütün təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, şübhəli hərəkətlər barədə ictimaiyyətin məlumatlandırıldığını, vətəndaşlardan hər hansı bir şübhəli vəziyyət yarandıqda dərhal təhlükəsizlik bölmələrinə müraciət etmələrinin xahiş edildiyini bildirib.

 





17.05.2025    çap et  çap et