Vətəndaş müharibəsi zamanı Rusiya Avropa Birliyinin sanksiyalarına görə on ildən artıqdır ki, Suriyanın əskinaslarını çap edən ölkə olub. İndi Dəməşq rəhbərliyi bu sahədə də müxtəlif aktorlara müraciət edib.
Hökumət yeni əskinaslarını Rusiyada deyil, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Almaniyada çap etmək istəyir. Suriya mənbələrinin məlumatına görə, BƏƏ-nin “Oumolat” şirkəti ilə danışıqlar son mərhələyə çatıb.
Alman ictimai şirkəti “Bundesdruckerei” və özəl sektor firması “Giesecke+Devrient” də prosesdə iştirak etmək istəyir.
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfəri zamanı Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlamasının ardınca Ər-Riyadda müvəqqəti prezident Əhməd Şəra ilə görüşü diqqət çəkib.
Bu təmaslar uzun müddət iqtisadi cəhətdən dünyadan təcrid olunmuş Suriya üçün investisiya imkanlarını artırır. Dünən baş verənlər də bu tendensiyanı təsdiqlədi.
***
Dəməşq hökuməti Tartus limanının modernləşdirilməsi üçün BƏƏ-nin “DP World” şirkəti ilə 800 milyon dollarlıq müqavilə imzalayıb.