ABŞ-ın Rod-Aylend ştatının səlahiyyətliləri zənginlərin yaşadığı dəbdəbəli “Watch Hill” məhəlləsində müğənni Taylor Sviftin malikanəsinin yaxınlığında tapılan və insana aid olduğu ehtimal edilən qalıqlarla bağlı polis araşdırması başlayıb. Hadisənin şübhəli olması yerli sakinlərin narahatlığına səbəb olub.
Çərşənbə günü verilən məlumata görə, Everett küçəsində tapılan ayaq sümüyü səlahiyyətlilər tərəfindən hadisə yerində araşdırılıb.
Qalıqlar şəxsiyyəti müəyyən etmək üçün Rod-Aylend ştatının Tibbi Ekspertiza İdarəsinə göndərilib. Yerli sakinlərdən birinin sözlərinə görə, qalıqlar Teylor Sviftin evinin çox yaxınlığında tapılıb.
Səlahiyyətlilər insidentdə cinayət şübhəsinin olmadığını desələr də, bəzi yerli sakinlər bununla razılaşmır.
çap et