Azərbaycanın gənc futbolçulara sərmayəsi ilə seçilən “Neftçi” PFK-da çıxış edən 19 yaşlı cinah hücumçusu Murad Məmmədov qarşıdakı transfer mövsümündə Türkiyə nəhənglərinin radarına düşüb.
***
Daha əvvəl “Beşiktaş”, “Qalatasaray” və “Alanyaspor”un diqqətini çəkən gənc futbolçunu “Antalyaspor”un da izlədiyi bildirilib.
***
Məlum olub ki, Məmmədov 2019-cu ildə “Trabzonspor”un gənclər akademiyasına aparılıb və bəyənilib, lakin o zaman 13 yaşı olduğundan ailəsi onu Trabzonda qalmasını istəməyib və Murad yenidən Azərbaycanda oynamağa davam edib.
***
Gənc futbolçunun Türkiyədə də oynamağa can atdığı bildirilib.
Gənc futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında 15 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib. Azərbaycanın gənclərdən ibarət milli komandalarının bütün yaş kateqoriyalarında çıxış edən Məmmədov bir dəfə də Milli Komandanın formasını geyinib.
***
Digər tərəfdən, Məmmədov Azərbaycan vətəndaşlığına görə əcnəbi oyunçu kontenjanında yer almaması səbəbindən Türkiyə klubları bu transferdə daha çox maraq göstərir.