Vaxt.Az
İtaliyanın gündəmini dəyişən...
...Siciliya mafiyasının məhkəməsi gedir
Siciliya məhkəməsi İtaliya siyasətçiləri, polisləri və cinayətkar aləmin avtoritetlərinə qarşı cinayət işlərinə baxır.
Lent.az-ən xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar 1992-ci ildə mafiyaya qarşı mübarizə aparan hakimin qətlindən sonra gizli danışıqlar aparmaqda ittiham olunur.Prokurorun qənaətincə, müttəhimlərin mafiya ilə əldə etdikləri sövdələşməyə əsasən, hakimiyyət bu cinayətkar aləmə «anlaşma» ilə yanaşır, bunu qarşılığında isə onlar belə qətlləri dayandırırlar.
Müttəhimlər arasında bütün ittihamları inkar edən keçmiş daxili işlər naziri Nikola Mançino da var. Bir müddət öncə o, istintaqa mafiyaya qarşı gerçəkdən mübarizə apardığını bildirib.
Məhkəmə iclasında mayın 31-dək fasilə elan edilib.
28.05.2013 çap et