Vaxt.Az

“Hansına inanmalıyıq?”


 

Pezeşkian: “ABŞ sülhdən danışarkən, təhdid edir”

“Hansına inanmalıyıq?” İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın sülhdən danışdığını və eyni zamanda təhdid etdiyini bildirərək, ABŞ-ın mövqeyini tənqid edib.

Pezeşkian deyib ki, “o, bir tərəfdən sülhü müdafiə edir, digər tərəfdən isə ən qabaqcıl kütləvi qırğın silahları ilə hədələyir, hansına inanmalıyıq?”

İranın nüvə proqramları ilə bağlı danışıqları davam etdirəcəklərini bildirən Pezeşkian təhdidlərdən qorxmadıqlarını və müharibəyə can atmadıqlarını bildirib.

***

Tramp dünən bildirmişdi ki, ABŞ-ın razılaşma təklifi İrana çatıb.

Birləşmiş Ərəb Əmirliklərindən yola düşərkən İranla “Air Force One”da nüvə danışıqlarından danışan Tramp, “Daha önəmlisi, onlar sürətlə hərəkət etməli olduqlarını bilirlər. Əks halda pis bir şey olacaq”, – deyib.

Bu sözlərə cavab verən İranın xarici işlər naziri Abbas Araqçı “X” platformasında verdiyi açıqlamada heç bir təklif almadıqlarını bildirib.

“İran dinc məqsədlər üçün uranın zənginləşdirilməsi hüququndan imtina etməyəcək. Belə bir ssenari yoxdur”, – Araqçı deyib.

Pezeşkian vurğulayıb ki, İran qanuni hüquqlarından geri addım atmayacaq. “Bizi regionda qeyri-sabitlik mənbəyi olmaqda ittiham edirlər, çünki biz tiranlığa boyun əymirik”.

Keçən həftə Omanda yekunlaşan danışıqların dördüncü raundundan sonra görüşün yeni tarixi hələ müəyyən edilməyib.

 





17.05.2025    çap et  çap et