Vaxt.Az

Rusiyanın “sülh” danışıqları


 

İşğalçı ordunun mülki avtobusu vurması nəticəsində 9 nəfər ölüb

Rusiyanın “sülh” danışıqları Ukraynanın şimal-şərqindəki Sumı vilayətində Rusiyaya məxsus pilotsuz təyyarənin sərnişin mikroavtobusunu vurması nəticəsində 9 nəfər həlak olub. Dörd nəfər də yaralanıb.

Hücum Rusiya və Ukrayna arasında İstanbulda keçirilən sülh sammitindən bir neçə saat sonra baş verib.

Ukrayna Milli Polisinin “Telegram”da verdiyi açıqlamada "Bu, açıq müharibə cinayətidir", – deyib.

Rusiyanın rəsmi TASS xəbər agentliyi müdafiə nazirliyinə istinadən xəbər verir ki, Rusiya qüvvələri Sumı vilayətində Ukraynaya məxsus hərbi texnikanın toplandığı yerə pilotsuz təyyarələrlə zərbələr endirib.

Ukrayna polisi demək olar ki, tamamilə dağılmış tünd göy rəngli mikroavtobusun fotolarını paylaşıb. Nəqliyyat vasitəsinin dam örtüyünün qopduğu, şüşələrinin uçurulduğu görülüb.

***

Həmin gün Ukrayna pilotsuz təyyarələri Rusiyanın işğalı altında olan Krımdakı sursat anbarını hədəfə alıb.

Ukraynanın təhlükəsizlik xidmətlərindəki mənbə “Reuters” agentliyinə bildirib ki, partlayış hərbi texnika, yanacaq və silahların saxlandığı obyektdə baş verib.

O, qeyd edib ki, sözügedən anbar Qara dənizin cənubundakı Perevalne kəndində yerləşən Rusiya Sahil Müdafiə Qüvvələrinin 126-cı briqadasına məxsusdur. Rusiya Krımı 2014-cü ildə Ukraynadan ilhaq edib.

 





17.05.2025    çap et  çap et