1. Albaniya Baş naziri Edi Rama ilə görüş: Prezident Əliyev və Baş nazir Rama arasında keçirilən işgüzar nahar zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq müzakirə edildi. Xüsusilə, Azərbaycanın Korça şəhərinə təbii qaz tədarükü layihəsinin əhəmiyyəti vurğulandı.
2. Avropa Birliyi rəhbərləri ilə görüş: Prezident Əliyev Avropa Şurasının Prezidenti Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə görüşərək Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolunu və enerji əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə etdi. Həm Kosta, həm də Ursula Leyen görüşün təşəbbüskarı olmuşlar.
3. Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüş: Sammit çərçivəsində keçirilən görüşdə Ermənistan-Azərbaycan Sülh Sazişi mətninin razılaşdırılması və bu prosesin davam etdirilməsinin vacibliyi vurğulandı.
4. Makron şəxsən Azərbaycan liderinə yaxınlaşması: Beynəlxalq mətbuat Azərbaycan və Fransa arasında bu yaxınlaşma ilə münasibətlərin gələcəyi haqqında düşünməkdədir. Rəsmi Bakı Fransanın destruktiv mövqeyinə qarşı hücum siyasətini mükəmməl qurdu. Nəticə göz qabağında.
Beləcə, Prezident Əliyevin sammitdəki fəal iştirakı və digər liderlərlə keçirdiyi görüşlər Azərbaycanın regional və qlobal səviyyədə artan diplomatik nüfuzunu göstərdi.
Bu səfər, Azərbaycanın Balkanlar və Avropa ilə əlaqələrinin dərinləşdirilməsi və enerji təhlükəsizliyindəki strateji rolunun möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir addım oldu.