Oskar Piastri stasionar Monako trasında poul qazandı və sabah startda yerini itirməsə, komanda strategiyada ya da pitdə səhv etməsə, yarışı qazanacaq. Amma hadisələri qabaqlamayaq.
Maks yenə əlindən gələni etdi. Sabah startı götürsə, yarışı qazanma şansı olacaq. Ancaq “McLaren” yarış tempində daha yaxşı görünürdü.
Lano Norrisin işi çox çətin olacaq. Hələ startda yer itirsə, podium belə ona xəyal kimi gələ bilər.
Rassellə gəldikdə isə sakit və səssiz öz işindədir. Bu il 6 yarışda 4 podium qazanıb. İmolada da hava elə də isti deyil. Yəni sabah 5-ci podium gələ bilər.
“Aston Martin” axır ki, özünə gəldi. Yeniliklər əla işləyib. Qaldı bunu dəyərləndirib xal qazanmaq. Alonso İmolanı sevir. Daha əvvəl burada Şumaxerlə yaddaqalan mübarizələri olmuşdu. Sabah yenə onu belə çətin missiya gözləyə bilər. Stroll da əla iş gördü. Yeniliklərlə yaxşı işlədi.
Keçək “Ferrari”yə. Əslində gözlənilən idi. Hamı bura böyük yeniliklərlə gəldi, amma “Ferrari” Barselonanı gözlədiyi üçün yenilik gətirmədi. İki pilotla da son sessiyaya qala bilmədilər. Özü də Enzo və Dino Ferrari adına olan trasda. Özü də heyətində 100+ yarış qazanmış və 7 qat Dünya Çempionu ola-ola. Macarıstana qədər vəziyyət düzəlməsə, Frederik Vassyör məncə, istefa verməlidir.