Cenni adi bir pişik deyildi. O, “Titanik”in rəsmi siçan ovçusu idi və gəmidə gəmirici populyasiyasına nəzarət etmək üçün gətirilmişdi. Gəminin dəniz sınaqları zamanı balaları dünyaya gəldi və Cim Mulholland adlı bir matros onlara sevgi ilə qulluq etdi. Cim Cenni və balalarının mətbəxə yaxın, qazanlarla isidilən isti bir yuvada rahat yaşaması üçün şərait yaratmışdı. Hətta yemək qalıqlarını onlarla bölüşürdü. Bu sakit rutin, tarixdəki ən lüks gəminin ilk səfərinə hazırlaşdığı xaosun içində ona bir növ rahatlıq hissi verirdi.
Amma sonra qəribə bir şey baş verdi. Gəminin ilk səfərinə bir neçə gün qalmış Cenninin davranışları dəyişdi. O, narahat olmağa başladı. Və sonra heç bir xəbərdarlıq etmədən balalarını bir-bir dişində boyunlarından tutaraq ehtiyatla daşımağa başladı... və beləcə onları gəmidən çıxardı.
Cim heyrətlə baxdı. Və o anda yəqin etdi ki, bu pişik bir şey bilir... bizim bilmədiyimiz bir şeyi.
Bu mənzərəni görən işçi Cim Mulholland da bir ananın hisslərinə güvənərək əşyalarını topladı, intiutiv olaraq səssizcə gəmidən endi və bir daha geri qayıtmadı. Titanik onsuz yola çıxdı. Sonrasında isə nə baş verdiyini hamımız bilirik.
İllər sonra, artıq yaşlanmış Cim bu hekayəni bir jurnalistə danışdı. Həyatını xilas edənin Cenni olduğunu bildirdi. Onun güclü instinkti bəlkə də bu günə qədər verilmiş tək həqiqi xəbərdarlıq idi.
Cenninin instinkti bir insanın həyatını xilas etdi.
Bəzən qəhrəmanların forması olmur. Əvəzində onların tükləri, bığları və sadəcə... duyan ürəkləri olur.