Vaxt.Az

Əhmədovun tikintisi yarımçıq qaldı


 

Sabiq rəis Qazaxda otel inşa etdirirmiş

Əhmədovun tikintisi yarımçıq qaldı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədov işdən çıxarılandan sonra onun bir sıra obyektləri əlindən alınıb, bəzi layihələri isə yarımçıq qalıb.

T.Əhmədovun Qazaxda tikdirdiyi böyük otelinin və istirahət mərkəzinin də inşası dayandırılıb. 

Gunxeber.com-un məlumatına görə, tikinti işləri bir ay öncə dayandırılıb. Otelin tikintisinin yarımçıq qalması T. Əhmədovun vəzifədən getməsi ilə əlaqələndirilir. 

Qazax rayon sakinlərinin dediyinə görə, obyektinin tikintisinə böyük işçi qüvvəsi cəlb edilibmiş. İşçi sayının çox olmasında məqsəd obyektin tikintisini tez başa çatdırmaq olub. 

Amma obyektdə artıq tikinti işləri tamamilə dayandırılıb. Yarımçıq otelin ərazisində bir neçə mühafizəçidən savayı heç kimin olmadığı bildirilir.

Qeyd edək ki, T.Əhmədovun həyat yoldaşı əslən Qazax rayonundandır. Metropolitenin sabiq rəisinin Qazaxa sərmayə qoyması və iş qurması da bununla bağlıdır.

 





06.05.2014    çap et  çap et