Gəminin Bruklin körpüsünə dəydiyi an sosial mediada sürətlə yayıldı və səlahiyyətlilər 2 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqladı.
Nyu-York Polis Departamentinin liman bölməsi və dalğıclar dərhal hadisə yerinə müdaxilə edib. Yerli vaxtla (17 may) saat 20.26-da (Bakı vaxtilə 18 may saat 04:26) baş verən qəzada 277 ekipaj üzvü olan gəmi körpünün yol göyərtəsinə çırpılıb.
Kameraların qeydə aldığı görüntülərdə gəminin dirəklərinin sındığı, bəzi hissələrinin qismən dağıldığı görünür.
Qəzadan sonra yaralılara təcili yardım göstərilib, daha sonra gəmi yedəyə alınaraq sahilə çıxarılıb və körpü nəqliyyatın hərəkətinə açılıb.