Vaxt.Az

İki ölkə arasında normallaşmanı durdurmaq


 

“HƏMAS”ın 7 oktyabrda Qəzzada müharibəni başlatan hücumunun məqsədi üzə çıxdı

İki ölkə arasında normallaşmanı durdurmaq İsrail Müdafiə Qüvvələrinin Qəzzada tuneldə aşkar etdiyi sənədlərdə “HƏMAS” terror təşkilatının 7 oktyabr hücumunun məqsədi ilə bağlı mühüm məlumatların olduğu iddia edilib. İddialara görə, bu sənədlər terror təşkilatının yüksək səviyyəli şəxslərin görüşünün protokolları olub.

“The Wall Street Journal”ın xəbər verdiyi sənədlərdə “HƏMAS”ın terrorçularının İzzəddin əl-Qəssam Briqadaları tərəfindən oktyabrın 7-də həyata keçirilən “Əqsa tufanı” əməliyyatının İsrail və Səudiyyə Ərəbistanı arasında normallaşma danışıqlarına mane olmaq məqsədi ilə həyata keçirildiyi bildirilib.

Həmin vaxt terrorçular sərhədə yaxın ərazidə israillilərin təşkil etdiyi musiqi festivalına basqın ediblər. Basqın zamanı 1200 israilli öldürülüb, 250 nəfər isə girov götürülüb.

Bu girovlar daha sonra İsrailin saxladığı fələstinli məhbuslarla dəyişdirilərək azad edilsə də, onların əhəmiyyətli bir hissəsi artıq həyatını itirmişdi.

Oktyabrın 7-dən bəri İsrailin etdiyi hücumlarda xarabalığa çevrilən Qəzzada qida, təmiz su və dərmana çıxış hələ də çox çətindir.

***

“The Wall Street Journal” qəzeti tuneldə ələ keçirilən protokolların oktyabrın 7-də əməliyyatdan cəmi 5 gün əvvəl keçirilən iclasa aid olduğunu yazıb. Buna görə də, “HƏMAS”ın o zamankı lideri Yəhya Sinvar Səudiyyə Ərəbistanı-İsrail danışıqlarının Fələstin məsələsini marginallaşdıracağını və “fövqəladə tədbir”in zəruri olduğunu bildirib.

Sinvarın həmçinin, söz mövzusu danışıqların “əksər ərəb və İslam ölkələrinin eyni yolla getməsi üçün qapını açacağı” xəbərdarlığı etdiyi bildirilir. Hesabatda əməliyyatın təxminən iki ildir planlaşdırıldığı da iddia edilib.

Sinvar 16 oktyabr 2024-cü ildə Qəzza zolağında İDF-nin hədəf aldığı bombardmanda öldürülüb.

 





18.05.2025    çap et  çap et