Husi mediası İsrailin Hudeydəyə hücum etdiyini, İsrail mediası isə Hudeydə və Səlif (Yəmənin qərbi) limanlarının hədəf alındığını yazıb.
İsrailin müdafiə naziri Yisrael Katz, “X” platformasında paylaşdığı paylaşımda, “Husi terrorçuları İsrailə qarşı raket hücumlarını davam etdirsələr, ağır zərbələr alacaqlar: “Qəzzədə əl-Dayf və Sinvara, Beyrutda Nəsrullaha və Tehranda Həniyəyə etdiyimiz kimi, biz də Yəməni Əbdülməhini təqib edib məhv edəcəyik”, – deyib. Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu “Biz Husi qruplaşmasına daha böyük güclə zərbə vuracağıq və onların liderlərini hədəfə alacağıq”, – deyib.