Vaxt.Az

Əsl Maksın istədiyi həftəsonu


 

bizi çılğın Avropa mövsümü gözləyəcək

Əsl Maksın istədiyi həftəsonu Franz Hermann “Formula 1” tarixində debüt yarışında qazanan ilk pilot kimi tarixə düşdü. Yarışın startında Piastriyə etdiyi hücum isə nəyə desən dəyərdi. Zarafat bir qırağa o hücumu ancaq Hermann edə bilərdi. Əsl Maksın istədiyi həftəsonu oldu. Piastriyə 10, Norrisə isə 7 xal yaxınlaşdı. Barselonada elastik qanadların yasaqlanacağını düşünsək, bu, vacib idi. Üstəlik növbədə Monako var. Orada da poul qazansa və yarışı udsa, bizi çılğın Avropa mövsümü gözləyəcək.

Dünən Oskar Piastri üçün yazdığım pis ehtimalların hamısı onun başına gəldi. Startı itirdi və səhv strategiyaya qurban getdi. Ümumilikdə bu trasda iki pit-stoplu strategiya yaxşı fikir deyildi, çünki bura ən uzun pit yollarından biridir. Üstəlik geriyə düşsən və trafikdə qalsan, mübarizən məhv olur.

Lando Norris isə fövqəl bir şey etmədən ikinci oldu. Lyuis Hamiltona gəldikdə bu gün möhtəşəm idi. Kaş startda Antonellinin arxasına düşməzdi. Bəlkə də indi podiumda idi. Ümumilikdə isə “Ferrari” yarış tempində yaxşı idi. Lekler də yaxşı performans göstərdi. Bir az önlərdən başlasa, podium şansı ola bilərdi. Oskarın arxasınca gedəndə daha sürətli idi. Bir dövrə ilə 3 yer qazandı. “Ferrari” bir az tiffoziləri ümidləndirdi.

“Williams” isə bu mövsüm möhtəşəmdir. Bura yenilik gətirmədilər, amma yenə sürətli idilər. Leklerin Albona qarşı hərəkəti olmasa, yəqin podiumda idilər. Albon isə nə vaxt podiuma gedir ya Hamilton ya da Leklerdən zərbə alır. Sainz da isə komanda yenə səhv etdi.

“Aston Martin” də iki pit-stop strategiyası şəhidlərindən oldu. Belə templəri pis deyildi. “Mercedes”ə gəldikdə, necə başladılar, elə də bitirdilər. Yeniliklər onları elə bil daha da geriyə aparıb.

 





18.05.2025    çap et  çap et