Vaxt.Az

Bu səs yüksələcək!


 

Millətin Azadlıq səsini heç bir siyasi oyun, heç bir inkar siyasəti boğa bilməz

Bu səs yüksələcək! O adamlar ki, utanmadan “Güney Azərbaycanda “Yaşasın Azərbaycan!” deyənlər yalnız öz bölgələrini nəzərdə tuturlar, bunun bizə aidiyyəti yoxdur”, – deyənlər ya bu millətin tarixindən xəbərsizdirlər, ya da bilərəkdən bu mədəniyyətləri yaradan bu millətin birliyinə və kimliyinə qarşı çıxırlar.

Bəs soruşmaq lazımdır – bir ağızdan bir millət “Təbriz, Bakı, Ankara — biz hara, farslar hara?!” deyəndə, stadionlarda, küçələrdə ucalan üçrəngli bayrağa baxanda sizlər nə düşünürsünüz? O bayrağın da sizə heç bir aidiyyəti yoxdurmu? Bir millətin Azadlıq harayını boğmağa çalışmaqla heçmi utanmırsınız?!

Bilin və unutmayın – bu ucalan səsin arxasında bir millətin yaddaşı, ortaq dili, ortaq ruhu və tarixi dayanır. Siz “Yaşasın Azərbaycan!” harayını bölgə adı ilə məhdudlaşdırmağa çalışa bilərsiniz, amma onu vahid bir millətin ürəyindən silə bilməzsiniz.

Stadionlarda və yürüşlərdə qaldırılan o bayraq – sadəcə bir parça deyil, bir millətin varlıq mübarizəsinin təmsilçisidir. Amma sizlər bu bayrağa da utanmadan “bizə aid deyil” deyirsinizsə, o zaman bilin ki, siz milli deyil, fars şovinizmi ilə eyni düşünürsünüz.

Amma bilin ki, bir millətin Azadlıq səsini heç bir siyasi oyun, heç bir inkar siyasəti boğa bilməz.

Bu səs yüksələcək! Bu bayraq dalğalanacaq! Siz istəməsəniz də! Bu belə olacaq.

 





18.05.2025    çap et  çap et