Vaxt.Az

«Bakı» maaşları niyə vermir?


 

«Məsələ mətbuatda şişirdilmiş qədər də ciddi deyil...»

«Bakı» maaşları niyə vermir? «Komanda artıq Qəbələdədir və oyuna tam hazırdır». Bu sözləri «Qafqazinfo»ya açıqlamasında «Bakı» klubunun icraçı direktoru Yaşar Seyidov deyib. Klub rəsmisi son günlərdə mətbuatda »Bakı»nın legionerlərinin maaşlarını ala bilmədikləri üçün «Qəbələ» matçına çıxmayacaqları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib:

«Məsələ mətbuatda şişirdilmiş qədər də ciddi deyil. Əmək haqqının gecikməsi hər yerdə var. İndi 10-15 günlük bir gecikmə olub ancaq tezliklə bu məsələ aradan qaldırılacaq. Mətbuatda «Bakı»haqqında bu cür şişirdilmiş məlumatların hansı məqsədlə verilməsi bizə çox yaxşı bəllidir. Bunların heç biri həqiqəti əks etdirmir. Bu gün komanda artıq «Qəbələ»dədir.  Futbolçuların oyuna çıxmayacaqları barədə yayılan söz-söhbətlər də düzgün deyil. Biz «Qəbələ» ilə oyuna hazırıq və oynayacağıq»

Qeyd edək ki, «Bakı» klubu məşhur iş adamı Hafiz Məmmədova məxsusdur.  Məmmədov «Bakı» ilə yanaşı, Fransanın «Lans» klubunun da sahibidir.

 





07.05.2014    çap et  çap et