Vaxt.Az

Nobel mükafatına erməni hiyləsi


 

Yusif Məmmədəliyev – neft kimyasının səssiz dahisi

Nobel mükafatına erməni hiyləsi Azərbaycan elminin qüruru, akademik Yusif Məmmədəliyev, XX əsrin dünyaca ən böyük kimyaçılarından biri kimi dünya elminə dəyərli töhfələr verib. Onun neft kimyası sahəsində apardığı araşdırmalar təkcə elmə deyil, bəşəriyyətin taleyinə də təsir edib.

 

Elmi Fəaliyyəti

 

Yusif Məmmədəliyev ilk dəfə neftin yüksək temperaturda oksidləşməsi və katalitik proseslər üzərində fundamental tədqiqatlar apararaq, müasir neft emalı və neft-kimya sənayesinin əsasını qoydu. O, aromatik karbohidrogenlərin alınması və süni benzinin sintezi üzrə mühüm ixtiralara imza atdı. Bu kəşflər nəticəsində daha keyfiyyətli yanacaq istehsalı mümkün oldu.

 

İkinci Dünya müharibəsində xüsusi rolu

 

İkinci Dünya müharibəsi zamanı onun rəhbərliyi ilə Azərbaycanda aviasiya benzini istehsalı üçün yeni texnologiyalar yaradıldı. Bu, Sovet İttifaqının hava qüvvələrinin üstünlüyünü təmin edən əsas amillərdən biri oldu. Məmmədəliyevin texnologiyası ilə istehsal olunan yüksək oktanlı yanacaq cəbhəyə fasiləsiz çatdırılırdı. Məhz bu xidmətlərinə görə onun elmi fəaliyyəti strateji əhəmiyyət Yusif Məmmədəliyev toluolin partlayıcı maddəsini kəşf etdi.  1941-ci ildə SSRİ xarici işlər naziri Molotov bunu İngiltərənin baş naziri Çörçilə təqdim etdi. Çörçil Molotovun şərəfinə bu partlayıcıdan alınan qarışığa “Molotov kokteyli” adını verdi. Bu maddə top mərmiləri, artilleriya mərmiləri, minaların hazırlanmasında istifadə edilirdi.

SSRİ-nin  kosmosu da fəthi Yusif Məmmədəliyevin sayəsində olmuşdur, məhz raketlər üçün yanacağı Yusif Məmmədəliyev kəşf etmişdi.

 

Nobel mükafatı səviyyəsində kəşflər

 

Yusif Məmmədəliyevin araşdırmaları və tətbiqi kəşfləri bir çox dünya alimlərinin Nobel mükafatı aldığı işlərə bərabər idi. O, alkilləşmə, dehidrogenləşmə və katalizator texnologiyaları sahəsində elə yeniliklərə imza atmışdı ki, bu gün də onlar neft-kimya sənayesində istifadə olunur. Əgər siyasi şərait əlverişli olsaydı, şübhəsiz ki, o, Nobel mükafatına layiq görüləcəkdi.

 

Siyasi maneələr və tanınmayan dahi

 

Təəssüf ki, o dövrdə Sovet İttifaqında Nobel mükafatı ilə bağlı ciddi siyasi baryerlər mövcud idi. Xarici tanınma, xüsusilə də Qərb institutlarının verdiyi mükafatlar Sovet ideologiyasına uyğun gəlmirdi. Xruşovun rəhbərliyi altında elmi şura çağırılaraq Yusif Məmmədəliyevin Nobelə namizədliyinin irəli sürülməsi təklif edilir. Qəfildən Mikoyanın məktubu peyda olur. Məktubda Yusif Məmmədəliyevin elmi kəşflərinin hərbi sirr olduğu bəhanə edilərək Nobelə namizədliyi ləğv edilir. Mikoyanın bu təklifi bütün erməni deputatlar tərəfindən dəstəklənirdi. Bu səbəbdən Yusif Məmmədəliyev rəsmi şəkildə Nobelə namizəd verilmədi. Amma onun elmi irsi və fəaliyyəti bu mükafatın ruhuna tam uyğun gəlirdi.

Bu gün Yusif Məmmədəliyevin adı həm Azərbaycan, həm də dünya elmi tarixində qızıl hərflərlə yazılıb. Onun  elmi irsi bizim mənəvi sərvətimizdir.

 





19.05.2025    çap et  çap et