Azərbaycan Prezidentinin köməkçisi öncə Tehran Dialoq Forumundakı çıxışından yazıb: “Tehran Dialoq Forumunda “təkbətək” formatında çıxış etməkdən və Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində yeni qlobal nizam, regional məsuliyyət və inklüzivlik, Azərbaycan-İran ikitərəfli əməkdaşlığının daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması və Cənubi Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsi barədə danışmaqdan məmnunam”.
H.Hacıyev, həmçinin İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai ilə görüşü barədə də paylaşım edib: “Həmkarım Mehdi Sənai ilə və İranın Milli Təhlükəsizlik Şurasının katibi Əkbər Əhmədianla İran prezidentinin Azərbaycana səfərinin davamı olaraq ölkələrimiz arasında ikitərəfli dostluq əlaqələrinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik”.
Qeyd edək ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak üçün İrana səfər edib. (Oxu.az)