Vaxt.Az

Zelenskidən Trampa yeni təklif


 

Ukrayna ABŞ-la müdafiə və ticarət sahəsində əməkdaşlıq istəyir

Zelenskidən Trampa yeni təklif Ukrayna lideri Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampa müdafiə sənayesi və ticarət sahələrində yeni əməkdaşlıq təklif etdiyi açıqlanıb.

Ukrayna Prezident Aparatının rəsmi internet saytında yer alan yazılı açıqlamada, təklif Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Vatikanda dünənki görüşü zamanı məlum olub.

Görüş zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün İstanbulda aparılan sülh danışıqları və cəbhədəki son hadisələr, həmçinin tərəflərin ABŞ və Ukrayna arasında imzalanmış “iqtisadi tərəfdaşlıq” sazişinin həyata keçirilməsindən danışdıqlar müzakirə edilib.

“Prezident Zelenski qeyd edib ki, o, prezident Donald Trampa müdafiə sənayesi və ticarət sahələrində yeni əməkdaşlıq təkliflərini özündə əks etdirən məktub göndərib”, - açıqlamada deyilir.

Xatırladaq ki, Katoliklərin ruhani lideri və vəzifəsini icra etməyə başlayan Vatikanın prezidenti Papa XIV Leo üçün keçirilən mərasimdə iştirak etmək üçün Vatikanda olan Zelenski və Vans görüşüblər.

 





19.05.2025    çap et  çap et