Mayın 4-də təhlükəsizlik kabinetinin təsdiq etdiyi yeni hücum planı çərçivəsində “HƏMAS” terror təşkilatını birdəfəlik məhv etmək və asayişi bərpa etmək məqsədi ilə Qəzzaya qurudan hücumlara başladığını açıqlayıb.
Sözügedən hücumlarda həm aktiv, həm də ehtiyatda olan əsgərlərin iştirak etdiyi bildirilən açıqlamada, “Gidonun arabalar”ı çərçivəsində Qəzza zolağının şimal və cənubunda genişmiqyaslı quru əməliyyatı başladılıb”, – deyilir.
Bəyanatda İsrail ordusunun bu həftə Qəzzada məktəblər, xəstəxanalar və köçkün fələstinlilərin məskunlaşdığı çadırlar da daxil olmaqla mülki vətəndaşları hədəf alaraq 670 məntəqəyə hücum etdiyi bildirilib.
Hücum planı mayın 4-də İsrail təhlükəsizlik kabineti tərəfindən təsdiqlənib.
ABŞ prezidenti Trampın mayın 13-16-da Körfəz ölkələrinə səfərindən sonra İsrail fələstinliləri zolağın cənubuna itələyərək Qəzzada terroru birdəfəlik durdurmaq üçün hərəkətə keçməyi planlaşdırdığını açıqlayıb.
İsrail mediası qeyd etmişdi ki, üç fazalı planın birinci mərhələsi hazırlıq işləri, ikinci mərhələdə intensiv hava hücumları, üçüncü mərhələdə isə qurudan hücumlar olacaq.
İsrail ordusu planın bir hissəsi olaraq cümə günündən şənbə gününə keçən gecə hava zərbələri endirib.
Bildirilib ki, əvvəlki quru hücumlarından fərqli olaraq Qəzza zolağında geniş ərazini tutan İsrail ordusu yeni hücumlar təşkil etdiyi bölgələri tərk etməyəcək.