Vaxt.Az

Fransada adam oğurluğuna növbəti cəhd


 

Məktəbə gedən qızcığazı qaçırmağa cəhd etdilər

Fransada adam oğurluğuna növbəti cəhd Fransada məktəblilərin qaçırılma cəhdi milli tendensiyaya çevrilib.

13 may 2025-ci il səhər saat 9:00 radələrində Endr və Luara bölgəsinin Nuan-le-Fonten şəhərində 14 yaşlı məktəbli məktəbə gedərkən bir kişi tərəfindən qaçırılmağa çalısılıb. Cəhdi baş tutmayan şübhəli treyleri ilə hadisə yerindən qaçıb.

***

Hadisədən üç gün sonra, mayın 16-da, cümə günü şübhəli şəxs tutularaq saxlanılıb. Dindirilmə zamanı şübhəli gənc qızın “kömək istəməsindən” sonra “karvana öz istəyi ilə mindiyini” iddia edib. Lakin o, qıza elektrik cərəyanı (tazer) vurduğunu etiraf edib. O, adam oğurluğu ittihamını rədd etdi.

***

Polis həbs olunan şəxsin treylerində və üzərində çoxlu şübhəli əşyalar  24.000 avro nağd pul, 10 bibər qazı, 3 elektroşok tapançası, şübhəlinin adına 2 pasport, 3 şəxsiyyət və 3 sürücülük vəsiqəsi, Cinsi xarakterli əlyazma qeydləri, 2 kamera, Çoxlu plastik sıxaclar (serflex) aşkar edib.

Bu dəlillər prokurorluq tərəfindən “insidentin qəsdən törədildiyini göstərən ciddi əlamətlər” kimi qiymətləndirilib.

***

Hadisə baş verən gün şübhəli şəxs Saint-Aignan bölgəsindəki avtomobil parkında göründükdən sonra qaçmağa çalışıb. Qaçarkən avtomobilə çırpılan şəxs 13-15 may tarixləri arasında xəstəxanada müalicə olunub.

Şübhəlinin 2022-ci ilə aid cinayət keçmişinin olduğu, lakin bu əməllərin adam oğurluğu cəhdi ilə bağlı olmadığı bildirilib.

***

Daha sonra polislər şübhəlinin evində axtarış aparıb. Evdə tapılan kompüterlər və rəqəmsal cihazlar müsadirə edilib. Eyni zamanda telefon qeydləri və bank əməliyyatları da araşdırılıb.

Həbs edilən şübhəli mayın 17-də cümə günü gecə saatlarında müvəqqəti saxlama qərarı ilə həbsxanaya göndərilib.

 





19.05.2025    çap et  çap et