Vaxt.Az

Nigeriyada sərnişin qayığı batdı


 

37 nəfər öldü

Nigeriyada sərnişin qayığı batdı Nigeriyanın Kvara əyalətinin Qajibo bölgəsində bazardan qayıdan insanları daşıyan qayıq çayda batıb.

İlkin məlumata görə, qəza nəticəsində 37 nəfər həyatını itirib, onlarla insan itkin düşüb. Səlahiyyətlilər qayıqda təxminən 150 nəfərin olduğunu və ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

 





19.05.2025    çap et  çap et