Liang dünən verdiyi açıqlamada insanabənzər robotların ümumilikdə məhsuldarlığı artıracağını və insanlar üçün təhlükəli hesab edilən mühitlərdə işləyəcəyini bildirib.
Narahatlıqların əsassız olduğunu iddia edən məmur açıqlamasında, “Robotların insanları işsiz qoyacağına inanmırıq. Onların məhsuldarlığı artıracağını və insanların görmək istəmədiyi işləri öz üzərinə götürəcəyini düşünürük. Bu maşınlar insanların gedə bilmədiyi nəhəng kainatı və ya okeanın dərinliklərini kəşf etməkdə bizə dəstək olacaq”, – deyib.
İnsanabənzər robotların həftənin 7 günü, gündə 24 saat işləyə bildiyinə işarə edən səlahiyyətli, bunun “daha yaxşı, daha ucuz və istifadəçi dostu məhsulların” istehsalını təmin edəcəyini bildirib.
Aprelin 19-da Çində keçirilən “Yizhuang” yarımmarafonunda insanabənzər robotların iştirakı gündəm olub.
21 robot 12.000 nəfərin iştirak etdiyi 21 kilometrlik tras boyunca qaçıb. Bu ilk dəfə robotlarla insanların yarış idi. Pekin İnsanabənzər Robot İnnovasiya Mərkəzinin istehsalı “Tiangong Ultra” 2 saat 40 dəqiqəlik nəticə ilə yarışı birinci yerdə başa vuran robot olub.
Yarışda problemi olan robotların fiziki olaraq insan təlimçiləri tərəfindən dəstəkləndiyinə diqqət çəkən Lianq, bu robotlarla insanlar arasında hər zaman həmrəylik olmasını istədiklərini qeyd edib. O, həmçinin bildirib ki, robotlar və insanlar marafonda olduğu kimi ayrı-ayrı yollarda olacaq: “Marafonda insanlar öz kurslarında fiziki məhdudiyyətlərini artırdılar. Robotlarla birlikdə hərəkət etdiyi və öz sərhədlərini bilddiyi ayrı bir yol var idi. Bununla belə, robotlar insanların finişə çatmaq üçün yarışdığı trası ələ keçirməyə cəhd etməyib. Gələcək də belə olacaq”.