Vaxt.Az

Sektor silkələnir ...


 

... dövlət agentliyi susur

Sektor silkələnir ... Azərbaycanın telekommunikasiya sahəsində tarixi dəyişikliklər baş verir. 140 illik tarixə malik dövlət operatorları ömrünü başa vurur, böyük operatorlar kiçik operatorları bir-bir udur.

Sektorda dövlətə məxsus vahid bir milli telekommunikasiya operatoru yaranıb.

Eyni zamanda “Onlayn Azərbaycan” layihəsinin yekunu olaraq dövlətə məxsus olan nəhəng bir telekommunikasiya şəbəkəsi formalaşıb.

Görünən odur ki sektorda ciddi təmərküzləşmə prosesləri gedir.

Qısa bir zaman kəsiyində telekommunikasiya və internet bazarında dövlətin xüsusi çəkisi hədsiz yüksəlib.

Görəsən bu birləşmələr, sektorun təmərküzləşməsi rəqabətə, inkişafa necə təsir edəcək, telekom və internet bazarının inkişafı necə olacaq ?

Bildiyim qədər özəl provayderlərin bir-bir bazarda “əriməsi”, fəaliyyətini dayandırması prosesləri artıq başlayıb.

Amma sektoru tənzimləməli olan qurum – İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) susur, sanki mövcud deyil.

Nə rəy var, nə açıqlama, nə də özəllərə yönəlik bir mesajlar. Sanki belə böyük struktur dəyişiklikləri bu ölkədə baş vermir.

Belə “tənzimləməyə” nə var ki.

 





19.05.2025    çap et  çap et