AFFA-nın Lisenziyalaşdırma Komissiyası «UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə Qaydalar»ın 9-cu maddəsinə (Buraxılış 2013) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
- UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: AZAL PFK, «Qarabağ» FK, «Qəbələ» İK, «İnter» PİK, «Xəzər Lənkəran» FK, «Neftci» PFK.
- UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: «Bakı» FK, «Rəvan» FK, «Simurq» PİK.
Həmçinin iclasda 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən 8 klubun («Ağsu» FK, «Araz-Naxçıvan» PFK, «Kəpəz» PFK, «Qaradağ Lökbatan» FK, «Neftçala» FK, «Sumqayıt» FK, «Şuşa» FK, «Turan-T» İK) sənədlərinə ilkin baxış keçirilib və qərara alınıb:
- Lisenziya iddiaçısı olan klublara 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilib-verilməməsi ilə bağlı qərarın çıxarılması üçün əlavə sənədlərin araşdırılması tələb olunduğuna görə həmin qərarlar növbəti iclasda qəbul olunsun.
- Müvafiq klublar əlavə araşdırma üçün tələb olunan sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna 14.05.2014-cü il tarixinədək təqdim etməlidir ki, Lisenziya Komissiyası tərəfindən araşdırılıb müvafiq qərarlar qəbul olunsun.
- 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klublara («Ağsu» FK, «Araz-Naxçıvan» PFK, «Bakı» FK», Kəpəz» PFK, «Qaradağ Lökbatan» FK, «Neftçala» FK, «Rəvan» FK, «Sumqayıt» FK, «Simurq» PİK, «Şuşa» FK, «Turan-T» İK) lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarlar Lisenziya Komissiyasının 15.05.2014-cü il tarixdə keçiriləcək iclasında qəbul olunsun.